Şəkinin təsərrüfatlarında indiyədək 100 min tondan çox qaba yem tədarük olunub
14 avqust 2015 | 15:00
Qarşıdan gələn payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün şəkili fermerlər indidən ciddi hazırlıq görürlər.
Rayonun təsərrüfatlarında bu günədək 103 min ton qaba yem tədarük olunub. Tədarük edilən yemin 54 min tonunu quru ot, 49 min tonunu isə küləş təşkil edir. Qaba yem tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 min ton artıb. Hazırda təsərrüfatlarda qaba yem tədarükü davam edir.
Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün yay şumunun çıxarılması da davam edir. İndiyədək 4,5 min hektar sahədə şum aparılıb.
Bundan əlavə, payızlıq səpin üçün bu günədək 9,4 min ton toxum fondu da ayrılıb