Şriftin ölçüsü :

Saytın rəngi :

Seçkilərdə namizədlərin qeydiyyatı prosedurunun təkmilləşdirilməsinə yönəlmiş növbəti treninq Şəkidə keçirilib

20 avqust 2015 | 15:00

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar növbəti treninq avqustun 19-da Şəki şəhərində keçirilib.
“Şəki-Palas” otelinin konfrans zalında keçirilən treninqdə respublikamızın şimal-qərb bölgəsində və ətraf rayonlarda fəaliyyət göstərən 20 dairə seçki komissiyasının məsul şəxsləri iştirak ediblər.
Tədbiri Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov açaraq bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar MSK-nın Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən treninqlərin dairə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, treninqlərin məqsədi seçki komissiyaları üzvlərinin namizədlərin qeydiyyatı proseduru ilə bağlı bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə nail olmaqdır.
Sonra Avropa İttifaqının eksperti Kristofer Şildz və MSK üzvü tərəfindən əyani vasitələrdən istifadə edilməklə parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər