Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə tədbirlər

26 dekabr 2012 | 16:00

Şəkililər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə çox həvəslə hazırlaşırlar.
Yeni təqvim ilinin gəlişi münasibətilə şəhərin küçələri, park və meydanlar bayramsayağı bəzədilmişdir. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Küçə və meydanlar, ictimai binaların fasad və eyvanları, bir sözlə hər tərəf rəngbərəng işıqlara qərq olmuş, yol kənarlarındakı küknar ağacları bayram oyuncaqları ilə bəzədilmişdir.
Dekabrın 25-də Yeni il yolkasının qurulduğu şəhərin baş meydanında bayram şənliklərinə start verilmişdir. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov rayonumuzun sakinlərini əlamətdar və tarixi günlər münasibətilə təbrik etmiş, 2012-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklərdən, qazanılan uğurlardan danışmışdır. Sonra tədbir iştirakçıları möhtəşəm atəşfəşanlığı seyr etmiş, incəsənət ustalarının çıxışlarını dinləmişlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bu günlərdə şəhər icra hakimiyyəti tərəfindən imkansız ailələrə bayram sovqatı da çatdırılmışdır.
 

Keçidlər