Şriftin ölçüsü :

Saytın rəngi :

Nail Bakir: Şəki xaricilər üçün hələ tam kəşf edilməyən çox gözəl şəhərdir

29 avqust 2015 | 07:08

Mən İstanbuldan Şəkiyə işimlə əlaqədar gəlmişəm. Bu, Şəkiyə ikinci səfərimdir. On günə yaxındır ki, buradayam. Təsadüfən öyrəndim ki, şəhərdə beynəlxalq festival keçirilir və Türkiyədən də musiqiçilər iştirak edirlər. Həvəslə festivalın bağlanış konsertində iştirak etdim, çox gözəl vaxt keçirdim və məmnun qaldım.
Bu sözləri “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimində iştirak edən türkiyəli turist Nail Bakir AZƏRTAC-a müsahibəsində deyib.
Şəkinin xaricilər üçün hələ tam kəşf edilməyən çox gözəl bir şəhər olduğunu vurğulayan türkiyəli turist deyib: Şəkidə turizmin inkişafı baxımından fəal iş görülərsə, bura daha çox turist gələr. Turizm çox gəlirli bir sahədir. Türkiyədə, İstanbulda hər il çoxsaylı festivallar keçirilir. Ölkəmizə İldə 20 milyona yaxın turist gəlir. Şəkinin də geniş turizm potensialı var. Turistlər çoxalarsa, buradakı otellərin sayı da artacaq. Deməli, insanlar yeni iş yeri tapacaq, gəlir götürəcəklər. Ona görə də belə festivalların davam etməsini arzulayıram. Festivalın təşkilatçılarına təşəkkür edirəm. Çox yaxşı iş görürlər.

Keçidlər