Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edib

06 sentyabr 2015 | 08:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri Ramil Usubov sentyabrın 5-də Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 230 gənc də qəbulda iştirak edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 40 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Keçidlər