Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrı yeni mövsümə hazırlaşır

10 sentyabr 2015 | 08:09

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi yeni mövsümə ciddi hazırlaşır.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli  bildirib ki, sentyabrın ikinci yarısında baş tutacaq yeni mövsümünün açılışında yaradıcı kollektiv teatrsevərlərə İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşa təqdim edəcək. Görkəmli dramaturqun 100 illiyi münasibətilə ərsəyə gətirilən səhnə əsərinin quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur.
Teatrda, eyni zamanda, türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” əsərinin səhnələşdirilməsi üçün hazırlıq işləri də görülür. Baş rejissorun bildirdiyinə görə, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan edilib və bu münasibətlə silsilə tədbirlər hazırlanır. Mirbala Səlimlinin quruluş verəcəyi tamaşanın quruluşçu rəssamı Söhrab Ərəbov, geyim üzrə rəssam isə Elman Rəşidovdur. Yeni tamaşa bu ilin sonunadək teatrsevərlərə təqdim olunacaq.

Keçidlər