Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əmək yarmarkası təşkil olunub

11 sentyabr 2015 | 09:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Növbəti əmək yarmarkası sentyabrın 10-da Şəki şəhərində təşkil olunub.
Şəki Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yarmarkaya rayonda fəaliyyət göstərən 22 müəssisə və təşkilatdan 205 vakant iş yeri çıxarılıb. Mərkəzi xəstəxana, şəhər təhsil şöbəsi, pedaqoji kollec yarmarkaya daha çox iş yeri çıxarıblar. İş yerləri üçün təklif olunan əmək haqqı 110 manatdan 390 manatadək təşkil edib.
Gün ərzində davam edən yarmarkanın yekununda 45 nəfər işə düzəlmək üçün göndəriş alıb.

Keçidlər