Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir

17 yanvar 2013 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq rayonumuzda Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir.
Səkkiz min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq iki milyon manat vəsait ayrılmışdır.
Uzunluğu 34 kilometr olan avtomobil yolunda indiyədək 1 milyon 973 min manatlıq iş görülmüşdür. Tikinti işlərini 15 nömrəli Yol-İstismar İdarəsinin kollektivi həyata keçirir. Avtomobil yolunun 2013-cü il ərzində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
 

Keçidlər