Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili musiqisevərləri Üzeyir işığı bir araya gətirib

20 sentyabr 2015 | 05:09

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Şəki Musiqi Kollecində yubiley tədbiri keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti və kollecin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, musiqisevərlər, müəllim və tələbələr iştirak ediblər. Onları bir aya Üzeyir işığı gətirib.
Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığından, zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən geniş söhbət açılıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verən Üzeyir Hacıbəylinin 130 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Şəkidə də silsilə tədbirlərlə qeyd olunur.
Vurğulanıb ki, dahi bəstəkar, eyni zamanda, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev Üzeyir Hacıbəylinin yaradıcılığına həmişə yüksək qiymət verib, onun zəngin irsinin təbliğinə xüsusi diqqət yetirib. Məhz Ulu Öndərin müvafiq Fərmanı ilə dahi bəstəkarın anadan olduğu gün – 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Yubiley tədbiri musiqi kollecinin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblının ifasında dahi bəstəkarın əsərləri əsasında hazırlanmış maraqlı konsert proqramı ilə başa çatıb.

Keçidlər