Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ səfirinin Şəkiyə səfəri başa çatıb

24 sentyabr 2015 | 07:09

Şəkidə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta səfərin ikinci günü şəhərin tarixi məkanları ilə tanışlığı davam etdirib, bir sıra görüşlər keçirib.
Sentyabrın 22-də amerikalı diplomat “Əliəhməd şirniyyat evi”ndə Şəki halvasının hazırlanması prosesi ilə tanış olub, Çingiz Mustafayev adına klubun fəaliyyəti ilə maraqlanıb, “Şəki-İpək” ASC-də istehsal prosesini izləyib. Səfir, həmçinin “Kanal S” regional televiziya şirkətində də olub.
Səfir Robert Sekuta daha sonra Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib. Amerikalı diplomatın diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub və erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Bununla da ABŞ səfiri Robert Sekutanın Şəkiyə ikigünlük səfəri başa çatıb.

Keçidlər