Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə cari ilin məhsulu üçün 81 min hektar sahədə taxıl əkilmişdir

18 yanvar 2013 | 16:00

Şəkidə 2013-cü ilin məhsulu üçün taxıl səpini kampaniyası müvəffəqiyyətlə başa çatmışdır.
Taxıl istehsalçıları cari ilin məhsulu üçün 81 min 51 hektar sahəyə toxum səpmişlər. Əkin sahələri əvvəlki ilə nisbətən 1 min 546 hektar genişləndirilmişdir. Taxıl əkinlərinin 59 min 313 hektarını buğda, 21 min 612 hektarını isə arpa sahələri təşkil edir. Bundan əlavə, 126 hektar sahədə xəsil üçün arpa əkilmişdir. Ötən ilin oktyabr-noyabrında havaların uzun müddət isti və quraq keçməsi nəticəsində 16 min hektar əkin sahəsinin taxıl xəstəlikləri və zərərvericilərlə sirayətlənməsi müşahidə edilmiş, daha çox sirayətlənən 7 min hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Mütəxəssislərin rəyinə görə, son günlər havaların qarlı və şaxtalı keçməsi bitkinin normal inkişaf etməsi üçün çox əlverişlidir.
 

Keçidlər