Şəkidə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
03 oktyabr 2015 | 01:10
Oktyabrın 1-də Şəki şəhərində prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib. Tədbirdə prokurorluq orqanlarının fəaliyyətindən danışılıb, prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanıb.