Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki taxılçıları payız səpininə başlayıblar

08 oktyabr 2015 | 13:10

Şəki rayonunun təsərrüatlarında bir neçə gündür ki, gələn il üçün payızlıq taxıl səpininə başlanılıb.
Şəhər statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səpin üçün indiyədək təsərrüfatlarda 20 min hektar sahədə şum aparılıb. Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdəki təsərrüfatlarda isə artıq 1000 hektardan çox sahəyə arpa toxumu səpilib və bu iş sürətlə davam etdirilir. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Xatırladaq ki, Şəki taxılçıları ötən mövsüm 62 min hektar sahədən 186 min ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2,4 dəfə, yəni 110 min ton artıb. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Məhsuldarlıq isə əvvəlki illə müqayisədə 18 sentner artıb.

Keçidlər