Şriftin ölçüsü :

Saytın rəngi :

AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir

14 oktyabr 2015 | 01:10

Oktyabr ayının 12-də AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsini öyrənirik" mövzusunda tədbir keçirilmişdir.
    Şəki Regional Elmi Mərkəzinin rəhbərliyinin və kollektiv üzvlərinin iştirak etdiyi tədbirdə Yusif Rəhimovun "Heydər Əliyev və müasir Azərbaycan elmi", Reyhan Məcidovanın "Heydər Əliyev obrazı Azərbaycan poeziyasında" mövzusunda məruzələri dinlənilmişdir.
    Çıxış edənlər ümummilli liderin həyat yolundan, siyasi fəaliyyətindən, onun Azərbaycanın müstəqilliyi, bütövlüyü, çiçəklənməsi uğrunda gördüyü işlərdən danışmışlar. Bildirilmişdir ki, xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə Azərbaycanda sabitlik bərqərar olmuş, ölkəmiz davamlı inkişaf yoluna qədəm qoymuşdur. Qeyd olunmuşdur ki, bu gün xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını, onun  layiqli, etibarlı davamçısı Azərbaycan elminin ənənəsinə və bu gününə, gələcək potensialına söykənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə böyük gələcəyə doğru aparır.
   Sonda AMEA Şəki Regional Elmi Mərkəzin rəhbəri Yusif Şükürlü çıxış edərək belə tədbirlərin davamlı sürətdə keçirilməsinin vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, bununla elm adamları Heydər Əliyevin əziz xatirəsini, ulu öndərin vəsiyyətlərinə sədaqətlərini bir daha göstərmiş olurlar.

Keçidlər