Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə treninqlərə 3 seçki dairəsi üzrə 684 nəfər komissiya üzvü cəlb olunub

15 oktyabr 2015 | 08:10

Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrinin dairə seçki komissiyalarında aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir.
113 saylı Şəki şəhər seçki dairəsinin dairə seçki komissiyasında keçirilən treninqlərdə dairənin tərkibində olan 29 seçki məntəqəsindən 174 komissiya üzvünün iştirakı nəzərdə tutulur. Təlimlərin ilk iki günündə artıq 144 nəfər komissiya üzvü səsvermə günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri barədə maarifləndiriliblər. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Təlim zamanı iştirakçılara səsvermə günü prosedurları və digər məsələlər barədə geniş məlumat verilib.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə oktyabrın 12-də başlanan treninqlərə ümumilikdə dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsindən 258 komissiya üzvü cəlb edilib. Məşğələləri “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Azər Əhmədov və Adil Balacayev aparırlar. Təlim zamanı iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar və tövsiyələr verilib. Bu dairə üzrə treninqlər 4 gün davam edəcək.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasında oktyabrın 12-dən davam edən treninqlərdə artıq 36 seçki məntəqəsindən 216 nəfər komissiya üzvü iştirak edib. Gülnar Gülməmmədova və Leyla İbrahimovanın tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyalarının fəaliyyətindən çox asılıdır. Odur ki, komissiya üzvləri öz peşəkarlıq bacarıqlarını artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.
Bu dairə üzrə 42 seçki məntəqəsindən 252 nəfər komissiya üzvünün səsvermə günü prosedurları barədə maarifləndirilməsi nəzərdə tutulur.

Keçidlər