Avropa Şurasının Bakı Ofisinin rəhbəri Şəki şəhərində olmuşdur
Oktyabrın 21-də Avropa Şurasının Bakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç Şəki şəfərində səfərdə olmuşdur.
“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində Şəki şəhərinə səfər edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri əvvəlcə Şəki Apellyasiya məhkəməsində olmuşdur. Sonra xanım Draqana Filipoviç Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə xanım Draqana Filipoviçə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, burada keçirilən bayram tədbirləri, festivallar barədə ətraflı məlumat verilmişdir.
Xanım Draqana Filipoviç Azərbaycanın gözəl ölkə olduğunu vurğulamış, Azərbaycan və Avropa Şurası arasında bir çox sahədə səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edərək bu əlaqələrin daha inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir. O Şəki şəhərində olmağından məmnun qaldığını bildirmiş, görüşlərin keçirilməsi üçün yaradılmış şəraitə görə təşəkkür etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.