Aydınbulaq kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 22-də Aydınbulaq kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur. Bildirilmişdir ki, son dövrlər kənddə yeni məktəb binası inşa olunmuş, 4 ədəd artezian quyusu qazılmış, yeni EATS və poçt binası tikilmiş, Cəfərabad-Aydınbulaq yolu əsaslı təmir edilmişdir.
Kənd sakinləri Ələsgər Mövsümov, Məmməd Abbasov, Şərqiyə Bağırova, Qiyamət Əzizova və başqaları çıxış edərək Aydınbulaq kəndinə təbii qazın verilməsi, yararsız vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, həkim məntəqəsinin və uşaq bağçasının əsaslı təmiri və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.