Ötən ay Şəkidə 20 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
30 oktyabr 2015 | 07:10
Bu ilin doqquz ayında “Şəki” Elektrik Stansiyasında (ES) 205 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ay isə müəssisə üzrə elektrik enerjisinin istehsalı təxminən 20 milyon kilovat-saat olub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, stansiyada avadanlığın keyfiyyətli istismarının təşkil edilməsi qəza və imtinaların sayını minimuma endirib. Nəticədə ötən illərdə olduğu kimi, cari ildə də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmayıb. Son üç ayda isə müəssisədə təmir-təftiş işləri aparılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.
Xatırladaq ki, ümumi gücü 87 meqavat olan “Şəki” ES 10 aqreqatdan ibarətdir.