9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil edilib
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şəkidə keçirilən tədbirlər çərçivəsində orta məktəb şagirdlərinin Dövət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil olunub.
Şagirdlərə ekskursiyalar zamanı burada sərgilənən eksponatlar barədə geniş və ətraflı məlumat verilib. Bildirilib ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Dövlət Rəmzləri Muzeyindəki eksponatlar Azərbaycanın dövlətçilik tarixini tam əhatə edir.
Qeyd olunub ki, özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb.
Vurğulanıb ki, Şəki şəhərində dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb.