Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir

26 yanvar 2013 | 16:00

2012-ci ildə Şəki Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 214 nəfər işə düzəlmişdir. Onlardan 54-ü qadın, 70-i gənc, 5-i isə hərbi xidmətdən yeni tərxis olunandır.
Mərkəzdən bildirmişlər ki, bundan əlavə, ötən il 15 nəfər haqqı ödənilən ictimai işə, 9 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmiş, 23 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Mərkəzin qeydiyyatında olan işaxtaran vətəndaşlardan 292 nəfəri işsiz hesab edilmişdir.
Ötən il qurum tərəfindən rayonun əmək ehtiyatlarından səmərəli istifadə etmək və qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir. Mayda keçirilən sonuncu əmək yarmarkasında 50 nəfər işə göndəriş almışdır.

 

Keçidlər