Məhəmməd Cəbrayılov: Maarifləndirici tur-aksiya ölkəmizi daha yaxından tanımağa imkan yaradır
Ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyamız olduqca maraqlı keçir. Səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının tarixi abidələri ilə yaxından tanış olmuşuq. Bu gün isə qədim Şəki şəhərindəyik. Şəki xanlarının sarayı ilə tanışlıqdan aldığım təəssüratı heç zaman unutmayacağam. Bu saray həqiqətən də dünyanın nadir memarlıq incilərindən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Quba rayonunun Birinci Nügədi kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Məhəmməd Cəbrayılov Şəki xanlarının sarayı ilə tanışlıq zamanı söyləyib.
Bölgənin tarixi abidələri, görməli yerləri ilə tanışlığın onlarda böyük maraq doğurduğunu vurğulayan Quba məktəblisi daha sonra deyib: “Marşrut boyu rayonlarda gedən sosial-iqtisadi inkişafın canlı şahidi olduq. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində ölkəmizi daha yaxından tanıdıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.