Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin taxıl sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirləri gücləndirilib

28 noyabr 2015 | 02:11

Şəkinin payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərin çoxalması və yeni sahələrə yayılmasının qarşısının alınması məqsədi ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən aqrotexniki mübarizə tədbirlərinə başlanılıb.
Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev bildirib ki, mütəxəssislər tərəfindən aparılan fitosanitar müşahidələr nəticəsində son günlər havaların mülayim keçməsi səbəbindən rayonun təsərrüfatlarında payızlıq taxıl əkilmiş 4600 hektar sahədə siçanabənzər gəmiricilər aşkar olunub. Gəmiricilərin sayının iqtisadi ziyanvurma həddindən çox olduğu Qaratorpaq, Bolludərə və Sarıca kəndlərinin ərazilərindəki təsərrüfatlarda indiyədək dövlət vəsaiti hesabına 2800 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb, əkin sahələrinə sink-fosfid preparatı verilib. Hazırda gəmiricilərin müşahidə olunduğu digər ərazilərdə də kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Xatırladaq ki, Şəkinin taxılçılıq təsərrüfatlarında gələn ilin məhsulu üçün 62 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır. Bu günədək 56 min hektar sahədə şum qaldırılıb, 45 min hektar sahəyə arpa və buğda toxumu səpilib.

Keçidlər