Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

04 dekabr 2015 | 09:12

Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsində 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır. Bildirmişdir ki, hazırda rayonda 11  mindən artıq  əlil yaşayır. Şəki şəhərində fəaliyyət göstərən Əlillərin Reabilitasiya Mərkəzində hər il onlarla əlil davamlı olaraq müalicə olunur.
Tədbirin sonunda şəhər icra hakimiyyəti tərəfindən Şəki şəhəri yasayan Qarabağ müharibəsi əlilinə maddi yardım göstərilmişdir. Bundan əlavə, Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalisinin Sosial Müdafisəi Nazirliyi tərəfindən Şəki rayonu üzrə 205 əlilə maddi yardım verilmişdir.

Keçidlər