Şəkidə kənd əhalisinin içməli su ilə təminatı yaxşılaşdırılır
Şəki rayonunun Orta Zəyzid kəndində yeni artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir. Açılış mərasimində kənd ictimaiyyətinin nümayəndələri ilə yanaşı, rayon rəhbərliyi də iştirak etmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sakinləri həmin münasibətlə təbrik etmişdir. Qeyd olunmuşdur ki, su həyatdır, su dirilikdir. Həmin artezian kəndin yeni yaşayış massivi sakinlərinin içməli suya olan ehtiyaclarını ödəyəcəkdir. Ümumiyyətlə, kənd əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə son iki ildə Meliorasiya və Su Təsərrüfatı ASC və “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən rayonun kəndlərində 8 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir. Bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.