Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

11 dekabr 2015 | 03:12

Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin ictimai-siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.
    Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, bəşər tarixində bir çox şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda müstəsna rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
    Bildirilib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Keçidlər