Şriftin ölçüsü :

Saytın rəngi :

Türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi" əsərinin premyerası

23 dekabr 2015 | 03:12

Məlum olduğu kimi 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerası olmuşdur. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Teatrının sənətçisi Erdal Küçükkömürçü və digər qonaqlar tamaşanın premyerasında iştirak etmişlər. Diqqətə çatdırılıb ki, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan olunub. Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Rəhim Qocayev, Kəmalə Məmmədova, İqrar Salamov, Xanlar Həşimzadə və başqaları ifa ediblər. Tamaşanın sonunda TÜRKSOY və şəhər rəhbərliyi tərəfindən tamaşanın rejissoruna hədiyyələr təqdim edilmişdir.

Keçidlər