Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qəzalı evlərin sakinləri üçün tikilən yaşayış evi bu il istifadəyə veriləcəkdir

29 yanvar 2013 | 16:00

Şəki şəhərində qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yeni yaşayış evinin cari ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur,
Dövlət vəsaiti hesabına inşa edilən 4 mərtəbəli binanın tikintisinə 2011-ci ilin sonunda başlanmışdır. Binadakı mənzillər iki və üç otaqlıdır. Indiyədək burada 1 milyon 300 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Binanın dam örtüyü quraşdırılmış, ilk üç mərtəbədə qapı-pəncərə qoyulmuşdur. Hazırda binadaxili tikinti işləri görülür. Tikinti işlərinin tamamlanması üçün cari ildə 660 min manat vəsait ayrılmışdır. Tikinti işlərini “Əfqan” firmasının inşaatçıları yerinə yetirir.
 

Keçidlər