Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərin tarixi hissəsinin qorunması ilə bağlı dövlət başçısının Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub

26 yanvar 2016 | 08:01

Yanvarın 25-də Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağında “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 19-da imzaladığı Sərəncamdan irəli gələn vəzifələr geniş müzakirə olunub.

Şura üzvlərinin,  idarə və təşkilatların rəhbərlərinin, Şəki şəhər İHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, mədəniyyət müəssisələrinin rəhbərlərinin, bələdiyyə sədrlərinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin  iştirak etdiyi tədbiri Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açıb.
      Gündəlikdə duran məsələ barədə Şəki Şəhər İcra Hakimiyyəti başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova məruzə edib. Prezident İlham Əliyevin son illər dəfələrlə Şəkiyə səfər etdiyini xatırladan Z.Cavadova deyib ki, bu səfərlər zamanı keçirilən görüşlərdə dövlətimizin başçısı Şəkinin zəngin tarixi-mədəni irsə, geniş turizm potensialına malik olduğunu vurğulayıb, bu irsin qorunub saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında bir neçə sərəncam imzalanıb, şəhərin milli memarlıq üslubunun qorunub saxlanılması şərti ilə müasirləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, şəhərin turizm potensialı daha da genişləndirilib. Hazırda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Z.Cavadova Şəkinin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından Sərəncamın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
     Sonra sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Daşqın Mikayılov Şəki şəhər icra hakimiyyətinin başçısının 9 saylı, 22 yanvar 2016-cı il tarixli “Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 1718 nömrəli, 19 yanvar 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında” sərəncamının  mətni ilə  iclas iştirakçılarını tanış edib. Bildiririb ki, sərəncamla yaradılmış komissiya Şəki şəhərin tarixi hissəsinin qorunması ilə bağlı dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrlə bağlı təkliflərini qısa müddətdə hazırlayaraq təqdim etməlidir.
     Daha sonra məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər Şəki şəhərin tarixi hissəsinin qorunması ilə bağlı dövlət başçısının sərəncamının əhəmiyyətindən danışmış, öz təkliflərini vermişlər.
     Yığıncaqda Şəki şəhər icra hakimiyyətinin başçısının 22 yanvar 2016-cı il tarixli sərəncamı ilə yaradılmış komissiyaya Şəki şəhərin tarixi hissəsinin qorunması ilə bağlı dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrlə bağlı təkliflərin hazırlanaraq təqdim edlməsi
     Yığıncağa yekun vuran Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin zəngin tarixi-mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya görə şəkililər adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Keçidlər