Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərinin Yuxarıbaş məhəlləsində səyyar qəbul keçirilmişdir

06 fevral 2016 | 10:02

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 4-də şəhərin Yuxarıbaş məhəlləsinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  son dövrlər Şəkidə görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat vermişdir. “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından danışan icra başçısı həmin sənədin  Şəkinin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. E.Usubov Azərbaycan Respublikası Prezidentinin son tapşırıqlarından irəli gələn vəzifələrin icrası, o cümlədən, yeni iş yerlərinin açılması və sahibkarlığın daha da inkişaf etdirilməsi, əhali ilə, xüsusilə də sahibkarlarla əlaqələrin daha sıx qurulması və Şəki rayonu ərazisində fəaliyyətini dayandırmış müəssisələrin fəaliyyətinin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən söz açmış, bu məqsədlə Şəki Şəhər İcra Hakimiyyətində xüsusi qərargahın fəaliyyət göstərdiyini bildirmişdir.
Sonra məhəllə sakinləri Nüsrət Məmmədov, Çimnaz Həsənova, Cəlil Yusifov və başqaları çıxış edərək məhəllədəki qədim “Dərə hamamı”nın təmiri, Mehdi Hüseynzadə küçəsinin işıqlandırılması, məhəllənin “Qayabaşı” adlanan ərazisinə məişət tullantılarının yığılması üçün tutumların qoyulması, bu ərazidə dərəyə atılmış məişət tullantılarının yığışdırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Keçidlər