Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb

11 fevral 2016 | 09:02

Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY tərəfindən birgə tədbirlər planı hazırlanıb.
   Mədəniyyət paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.
  Tədbirlər planı ilə yanaşı, “Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı” loqotipi də hazırlanıb. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir.

Keçidlər