Şəkidə tütünçülüyün inkişafı diqqət mərkəzindədir
Martın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Aqrokredit” Səhmdar Bank olmayan Kredit Təşkilatı, “İntertobako” MMC və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı tədbir keçirilmişdir.
Əsas məqsədi Şəkidə tütünçülüyün inkişaf etdirilməsi və əhalinin məşğuliyyətinin yaxşılaşdırılması yollarının müəyyən edilməsi olan tədbirdə rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və tütünçülüklə məşğul olan istehsalçılar iştirak ediblər.
Bildirilib ki, tütün məhsulunun becərilməsinə yardım məqsədilə fermerlərə hər hektar sahəyə görə 1700 manatadək güzəştli kreditin ayrılması nəzərdə tutulur. Bu isə fermerləri bol məhsul əldə etməyə və yaxşı gəlir götürməyə ruhlandırır.
Görüşdə kreditlərin verilməsi ilə bağlı yarana biləcək problemlərin həlli yolları araşdırılıb. Bu sahədə mövcud problemlərdən biri isə xammalın satış qiymətilə bağlıdır. “İntertobako” MMC-nin nümayəndəsi tərəfindən tütün istehsalçılarına istehsal olunan yaşıl tütün yarpağının kloqramının I növ üçün 25 qəpikdən, II növ tütün yarpağının isə 15 qəpikdən alınacağı bildirilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən tədbirdə fermerləri narahat edən digər məsələlərə də aydınlıq gətirilb.