Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bayram tədbiri keçirilmişdir
Martın 4-də Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Şəki şəhərinində yerləşən İdeal restoranında keçirilən tədbirdə rayonun idman ictimaiyyətinin nümayəndələri, tanınmış idmançıların, gənclər iştirak etmişdir
Tədbirdə Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər il martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunduğunu bildirmiş, dövlətimiz tərəfindən idmanın inkişafına və idmançılara göstərilən qayğıdan danışmış, bunun başlıca məqsədinin Azərbaycanda sağlam gəncliyin formalaşdırılması, ölkəmizin idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə daha da tanınması olduğunu vurğulamışdır. V.İskəndərov həmçinin rayon idmançılarının 2015-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlar barədə məlumat vermişdir.
Sonra Şəkidə idmanın inkişafındakı xidmətlərinə görə bir qrup məşqçilərə və idmançılara idarənin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir bayram konserti ilə başa çatmışdır.