Şəki teatrında “Vaqif” tamaşasına ictimai baxış olub
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşanın premyerasında şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Rejissor Mərdan Feyzullayevin quruluş verdiyi tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Əməkdar artistlər Əbülfət Salahov (Vaqif), Xanlar Həşimzadə (Qacar), həmçinin teatrın aktyorları Akif Yusifov, Rəhim Qocayev, İqrar Salamov və başqaları ifa ediblər. İlk tamaşa uğurla başa çatıb.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli bildirib ki, yaradıcı kollektiv apreldə Hüseyn Cavidin “Şeyda” əsəri üzərində məşqlərə başlayacaq.