Şriftin ölçüsü :

Saytın rəngi :

Tikintisinə yeni başlanan Heydər Əliyev Mərkəzi Şəki şəhərinə xüsusi görkəm verəcəkdir

29 yanvar 2013 | 16:00

Şəki şəhərində mənzərəli bir guşədə, Kiş çayının sağ sahilində ulu öndərin xatirəsinə daha bir möhtəşəm abidənin - Heydər Əliyev Mərkəzinin tikintisinə başlanmışdır.
Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, üçmərtəbəli mərkəzin ümumi sahəsi 5 min 629, tikinti sahəsi isə 2 min 322 kvadratmetr olacaqdır. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzey, 230 nəfərlik akt zalı, səhnə, sərgi zalı, kitabxana, yardımçı otaqlar, ikinci mərtəbədə toplantı, tədris və inzibati otaqlar, muzey yerləşəcəkdir. Mərkəzin üçüncü mərtəbəsində isə rəsm otağı, linqafon kabineti, internet zalı, müəllim və iş otaqları fəaliyyət göstərəcəkdir.
Mərkəzin tikintisini “Akkord” Şirkətlər Qrupunun kollektivi həyata keçirir. Hazırda bünövrə qazılır.
Tezliklə bu ərazidə Bayraq Meydanının və şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanacaqdır. Burada, həmçinin doqquz hektar sahədə ümummilli lider Heydər Əliyevin adına parkın da salınması nəzərdə tutulmuşdur. Hazırda həmin tikililərin layihələndirmə işləri aparılır.
 

Keçidlər