Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

16 mart 2016 | 10:03

Şəkidə “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda maarifləndirici  tədbir keçirilib
      Martın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
      Tədbirdə Şəkinin ümumtəhsil məktəblərində “həyat bilgisi”, “insan və cəmiyyət” fənlərini tədris edən bir qrup müəllim iştirak edib.
     Tədbiri giriş sözü ilə Şəki Şəhər İHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov açaraq onun mahiyyətini açıqlayıb. O bildirib ki, Azərbaycan Respublikasında dövlət-din münasibətləri “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir və ümumilikdə ölkədə dini durum sabitdir. Qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda cəmiyyətimizə zərərli təsiri var. Bu cərəyanların təsiri altına daha tez gənclərin düşdüyünü qeyd edən S.Yusifov onların milli mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində, dini baxışlarının düzgün formalaşmasında müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.
       Sonra S.Yusifov ölkə ərazisində radikal dini cərəyanların meydana gəlməsi, yayılması və onların zərərli təsiri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
       DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək tədbir iştirakçılarına dövlət-din münasibətləri, ölkəmizin daxili siyasətində dini sahənin əhəmiyyətli rolundan, Azərbaycanda mövcud multikultural və tolerant dəyərlər haqqında geniş məlumat verib. Dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyətindən danışan G.Paşayev qeyd edib ki, bu istiqamətdə müəllimlərinin də üzərinə müəyyən vəzifələr düşür. Yetişməkdə olan gənc nəslin nümayəndələrinə dinlər haqqında sağlam bilgilər verilməli, dini radikalizm, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmaması üçün artıq indidən məktəblilərlə məqsədyönlü iş aparılmalıdır.
   Şəki Oğuz bölgə qazisi Kamran Məmmədov tədbirdə çıxış edərək bildirib ki, dini radikalizmin, din adı altında baş verən silahlı münaqişələrin əslində İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini sülh dinidir. Dinimiz bütün insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağırır. Dini radikalizm kimi mənfi təzahürlərin həqiqi məqsədi İslamı parçalamaq, dinimizin təlqin etdiyi bəşəri dəyərlərə kölgə salmaqdan ibarətdir.
   Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.

Keçidlər