Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin xalq rəqsləri ansamblı Şəki musiqisevərlərinin qonağı olub

23 mart 2016 | 08:03

Türkiyənin “Tubil” xalq rəqsləri ansamblı Novruz bayramı günlərində Şəki musiqisevərlərinin qonağı olub.
Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında keçirilən konsertdə şəhər rəhbərliyi, musiqisevərlər iştirak ediblər.
Proqrama uyğun olaraq, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi əl sənəti – telkırma, xəttatlıq, təzhib və ebru sənəti nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta çıxış edərək şəkililəri Novruz bayramı münasibətilə təbrik edib. Bildirilib ki, konsertin Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Çünki bu şəhər TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Diqqətə çatdırılıb ki, Şəkidən əvvəl kollektiv bu proqramla Gəncədə və Tovuzda da çıxış edib. Növbəti konsertlər Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” xalq rəqsləri ansamblı konsert proqramı ilə çıxış edib. Kollektivin təqdim etdiyi türk xalq rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər