Şriftin ölçüsü :

Saytın rəngi :

Murat Karaçanta: Şəki sanki açıq səma altında bir muzeydir

23 mart 2016 | 08:03

Şəki şəhərinin TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi çox doğru seçimdir. Bu qədim türk şəhəri sanki açıq səma altında bir muzeydir.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta AZƏRTAC-a müsahibəsində söyləyib.
“Paytaxt ili” çərçivəsində Şəkidə keçiriləcək tədbirlərə hər cür dəstək göstərəcəklərini vurğulayan səfirliyin əməkdaşı deyib: “Bayramlar xalqları, millətləri bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan xalqının qədim milli adət-ənənələrini özündə əks etdirən Novruz da belə bayramlardandır. Türkiyə səfirliyi olaraq, bu bayrama dəstək vermək istədik. Bugünkü konsertdə türk əl sənəti nümunələri sərgiləndi, xalq rəqsləri nümayiş olundu. Şəkidən əvvəl Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” xalq rəqsləri ansamblı Gəncədə və Tovuzda da konsertlər verib. Kollektivin növbəti çıxışı Bakı və Naxçıvan şəhərlərində reallaşacaq. Fürsətdən istifadə edib, səfirliyin əməkdaşları adından Azərbaycan xalqını bir daha bu gözəl bayram münasibətilə təbrik edirik”.

Keçidlər