Şriftin ölçüsü :

Saytın rəngi :

Rövnəq Abdullayev: İmkan olan bütün yaşayış məntəqələrini qazlaşdırmağa çalışırıq

29 mart 2016 | 11:03

Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, ölkənin yaşayış məntəqələrinin maksimum səviyyədə qazlaşdırılmasını təmin etmək üçün Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xüsusi proqram həyata keçirilir. Çalışırıq ki, imkan olan bütün yaşayış məntəqələrini qazlaşdıraq. Ölkə üzrə qazlaşdırmanın 90 faizə çatdırılması üçün 125-ə yaxın yaşayış məntəqəsi qalıb. Proqram üzrə işlərin başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun İkinci Biləcik kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində deyib.
Novruz günlərində kəndə təbii qazın verilməsini sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu vurğulayan SOCAR-ın prezidenti bildirib ki, yaxın günlərdə Şəkinin daha 3 kəndinə “mavi yanacaq" veriləcək. Bundan əlavə, 10 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Gələn ilin əvvəlində Şəki rayonu üzrə qazlaşdırma artıq 85 faiz təşkil edəcək. Bu da dağ rayonu üçün yüksək göstərici hesab olunur.

Keçidlər