Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir

31 mart 2016 | 09:03

Martın 30-da şəhər 10 №-li tam orta məktəbin akt zalında Şəki Şəhər İcra Hakimiyyətinn və Şəki şəhər təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
    Şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə çıxış edən natiqlər zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən söz açaraq, mart soyqırımı barədə məlumat veriblər.
     Bildirilib ki, 1918-1920-ci illərdə bədnam ermənilər Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada qanlı hadisələr törətdiblər.  Qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirib, on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirib. Düşmənin məqsədi qanlı qırğınlar törətməklə Azərbaycanı, türk-müsəlman əhalini məhv etmək olub.
     Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə rəsmi sürətdə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması bəyan edilib.

Keçidlər