Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidəki qədim karvansarayda musiqisevərlərə nəğmə çələngi təqdim olunub

29 aprel 2016 | 01:04

2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəki şəhərində “paytaxt ili”nə həsr olunan silsilə tədbirlər çərçivəsində aprelin 27-də yerli folklor və musiqi kollektivlərinin konserti təqdim edilib.
XVIII əsrin sonlarına aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil edilən konserti şəhər rəhbərliyi, musiqisevərlər, həmçinin “paytaxt ili”nin açılışı münasibətilə aprelin 28-də reallaşacaq tədbirlərdə iştirak etmək üçün Şəkiyə gələn türkdilli ölkələrin musiqi kollektivləri izləyiblər.
Şəkinin “Zirvə” ansamblının və digər yerli musiqi kollektivlərinin təqdim etdikləri Azərbaycan və türkdilli xalqların mahnılarından ibarət nəğmə çələngi musiqisevərlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər