Şriftin ölçüsü :

Saytın rəngi :

Altı ayda Şəkidə əsas kapitala 26 milyon manatdan çox investisiya yönəldilib

02 avqust 2022 | 16:13

2022-ci ilin yanvar-iyun aylarında Şəki rayonunda iqtisadiyyatın inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 26 milyon 195,4 min manat investisiya yönəldilib. İnvestisiyaların 22 milyon 238,4 min manatı və ya 84,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, istifadə edilən investisiyanın 18 milyon 744,1 min manatı və ya 71,6 faizi dövlət, 7 milyon 451,3 min manatı və ya 28,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb. Altı ayda rayonda 12 milyon 746,8 min manat dəyərində əsas fondlar istifadəyə verilib.

Hesabat dövründə rayonda ümumi sahəsi 16 min 630,4 kvadratmetr, dəyəri 5 milyon 783,1 min manat olan 117 fərdi yaşayış evi inşa edilib. Fərdi evlərin 50-si şəhər, 67-si isə kənd ərazisindədir.

Keçidlər