Şriftin ölçüsü :

Saytın rəngi :

Altı ayda Şəkidə sənaye məhsulu istehsalı artıb

02 avqust 2022 | 16:14

Bu ilin yanvar-iyun aylarında Şəki rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 31 milyon 646,2 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 35,8 min manat çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonunun sənayesi əsasən toxuculuq, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, qazın bölüşdürülməsi, suyun yığılması, təmizlənməsi və paylanması, həmçinin tikinti materialları, siqaret, şərab, qida, un və un məmulatlarının istehsalı kimi sahələri əhatə edir.

Altı ayda rayonda toxuculuq sənayesi sahəsində 1 milyon 52 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 116,3 min manat çoxdur.

Hazırda rayonda biri iri, 7-si orta, 5-i kiçik və 3-ü mikro olmaqla, 16 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1192 nəfər işçi çalışır. Hesabat dövründə bir işçiyə düşən orta aylıq əməkhaqqı 540 manat olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 83,6 manat çoxdur.

Keçidlər