Şriftin ölçüsü :

Saytın rəngi :

Argentinanın ölkəmizdəki səfiri Şəkidə olub

30 sentyabr 2022 | 09:53

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi sentyabrın 29-da Şəki şəhərində səfərdə olub.

Şəki şəhərinə səfəri çərçivəsində səfir Marianxeles Belluşi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, mədəniyyəti barədə ətraflı məlumat verib, rayonun kənd təsərrüfatı və turizm potensialından danışıb.

Səfir Marianxeles Belluşi bu ilin avqust ayından Azərbaycanda səfir kimi səlahiyyətlərinin icrasına başladığını bildirib, qonaqpərvərliyə görə minnətdarlıq edib, səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sonra görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.

Şəkiyə səfəri çərçivəsində səfir “Azəripək” MMC-də istehsal prosesi ilə tanış olub, "Green Factory" MMC-nin və “Shaki Tobacco” MMC-nin tütünqurutma məntəqəsinin fəaliyyəti ilə maraqlanıb. 

Səfir Marianxeles Belluşi Şəkiyə səfəri çərçivəsində Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanış olub.

Keçidlər