Artıq şəxsiyyət vəsiqəsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar vətəndaşlar tərəfindən EHİS üzərindən dövlət idarə və təşkilatlarına təqdim edilə biləcək
Şəki Şəhər İcra Hakimiyyəti əhalini məlumatlandırmaq məqsədilə bildirir ki, qanunverucilik aktlarında edilən son dəyişikliklərə əsasən artıq, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar vətəndaşlar tərəfindən Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən dövlət idarə və təşkilatlarına təqdim edilə biləcək.
Həmin məlumatların hüquqi qüvvəsi kağız daşıyıcıda təqdim edilən sənədlərin hüquqi qüvvəsinə bərabər tutulacaq. EHİS-nin mobil tətbiqində yeni funksionallıq formalaşdırılmış, vətəndaşlar tərəfindən EHİS vasitəsilə elektron təqdim edilən məlumatların həqiqiliyinin təhlükəsiz şəkildə yoxlanılması mümkün olacaq.
Şəki Şəhər İcra Hakimiyyətində və ona tabe qurumlarda EHİS-nin mobil tətbiqinin formalaşdırılmış funksionallığından vətəndaşların geniş şəkildə istifadə etmələrinin təmin edilməsi, daxili proseslərinin bu funksionallığa uyğunlaşdırılması və müvafiq məsələ ilə bağlı təbliğat-təşviqat istiqamətində əməli maarifləndirmə fəaliyyətləri tərəfimizdən davam etdirilir.
Şəki rayon sakinlərini EHİS-nin mobil tətbiqi vasitəsilə xidməti istifadəyə verilən elektron imkanlardan geniş istifadə etməyə dəvət edirik!
Şəki Şəhər İcra Hakimiyyəti







