Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

04 oktyabr 2026 | 13:45

Uğurla davam edən V Şəki Beynəlxalq Teatr Festivalının növbəti günü, oktyabrın 3-də Azərbaycan Dövlət Pantomim Teatrı rus ədəbiyyatının klassiklərindən Nikolay Qoqolun “Şinel” povesti əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşovdur, rəqslərin quruluşu Elnur İsmayılov və Ceyhun Dadaşova məxsusdur.

Səhnə əsərində şinel müxtəlif insanların əlinə keçir. Səhnə əsərində ona sahib olan insanın cəmiyyətdə daha çox diqqət, hörmət və sevgi qazandığı göstərilir.

Əməkdar artist Nargilə Qəribovanın, aktyorlar Elnur İsmayılovun, Əli Əlizadənin, Nuridə Musabəylinin, Cavad Nuriyevin, Hilal Dəmirovun, Nurlan Süleymanlının, Zəhra Hüseynovanın iştirak etdiyi tamaşa teatrsevərlər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Sonda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər