Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın bədii gimnastları III MDB Oyunlarının finalında

07 oktyabr 2025 | 11:52

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.

Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.

Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.

 

Keçidlər