Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarında finala yüksəlib
04 oktyabr 2025 | 17:04
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışın ilk yarımfinal qarşılaşması keçirilib. Yarımfinal oyununda Azərbaycan millisi Qazaxıstan komandası ilə qarşılaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan oyunun start fitindən əvvəl Azərbaycan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən qarşılaşmada Azərbaycan komandası 5:1 hesabı ilə qalib gələrək III MDB Oyunlarının finalına yüksəlib.
Günün digər yarımfinal oyunu isə Qırğızıstan və Özbəkistan komandaları arasında olacaq.
Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.







