Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəripək” 2,9 milyon manata yaxın məhsul ixrac edib

23 dekabr 2022 | 12:05

Cari ilin yanvar-noyabr ayları ərzində “Azəripək” MMC tərəfindən daxili və xarici bazarlara 3 milyon 976 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən, daxili bazara 1 milyon 83 min manatlıq, xarici bazarlara isə 2 milyon 893 min manatlıq ipəkçilik məhsulları göndərilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azəripək” MMC-nin sədrinin müşaviri Teymur Musayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, 11 ayda müəssisədə 27,1 ton yüksək keyfiyyətli xam ipək istehsal olunub. Müddət ərzində müəssisənin ayrı-ayrı istehsalatlarında 104 min 783 kvadratmetr xam ipək parça toxunub, 6319 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 3678 ədəd güllü şərf, 1682 ədəd güllü çitmə, 10 min 345 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 11 min 925 kiloqram ağ və qara vata, 465 kiloqram ilməlik sap və digər məhsullar istehsal edilib. Həmin müddətdə 17 ədəd ipək xalça toxunub.

Keçidlər