Şriftin ölçüsü :

Saytın rəngi :

AzTV-nin Analitik qrupu Şəki ictimaiyyəti ilə görüşüb

13 iyun 2022 | 07:53

Tamaşaçı auditoriyasının rəy və təkliflərini yerindəcə öyrənmək məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yeni yaradılmış Analitik qrup üzvləri ayın 10-da Şəkiyə səfər edib və rayon ictimaiyyəti ilə görüş keçirib.

Görüşdə yerli tamaşaçı auditoriyasının rəy və təklifləri yerindəcə dinlənilib, fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist  Faiq Hüsiyev və digər qonaqlar çıxış edərək Azərbaycan Televiziyasının fəaliyyətinin müqayisəli təhlili, həmçinin yaradıcı strukturlarının fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin aktuallığının ilkin təhlili və qiymətləndirilməsi haqda məlumat veriblər, son dövrlərin keyfiyyət dəyişikliyini diqqətə çatdırıblar.

Görüşdə qeyd olunub ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı zəngin verilişlər təqdim edən Azərbaycan televiziyası dəyərlərimizi yaşatmaqla fəaliyyətini uğurla davam etdirir. Ədəbi dil normalarının və milli-mənəvi dəyərlərimizin qorunmasında  AzTV, Mədəniyyət və İdman telekanallarının əvəzsiz xidmətləri var. Bununla yanaşı  respublikamızın regionlarında yaşayan izləyicilərin maraqlarına cavab vermək də televiziyanın prioritetlərindəndir.

Qeyd edək ki, əldə edilən məlumatlar əsasında televiziya və radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim olunacaq.

Keçidlər