Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının iştirakçıları Şəki şəhərinin ərazisindən keçiblər

12 may 2026 | 14:51

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının iştirakçıları üçüncü mərhələ çərçivəsində may ayının 12-də Şəki şəhərinin ərazisindən keçiblər.

Şəhərimizin sakinləri, gənclər veloyürüş iştirakçılarını yüksək hərarətlə salamlayıblar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Yarış beş mərhələdən ibarətdir və üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edir. “Bakı–Xankəndi” veloyürüşünə mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.

Keçidlər